Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 15:10
Şuşaya yolun, o cümlədən elektrik xətlərinin və su kəmərinin çəkiləcəyi ərazilərin minalardan təmizlənməsinə başlanılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, işlərin nə zaman yekunlaşacağı hələki bəlli deyil. İ.İsmayılov deyib ki, həmin ərazi mürəkkəb relyefə malikdir və partlayıcı maddələr, əsasən, əllə təmizlənir. Ona görə də işlərin hansı müddətdə başa çatacağını söyləmək çətindir".