Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2019 13:08
"Real"ın baş məşqçisi Zinəddin Zidan oğlu Luka Zidanı icarəyə göndərməyə qərar verib.
Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis oğlunun oyun təcrübəsinin az olduğunu düşündüyü üçün onun icarəyə verilməsini klub rəhbərliyindən xahiş edib. O, 21 yaşlı qolkiperin növbəti mövsümü İspaniya "Rasinq"ində keçirməsini istəyir.
Qeyd edək ki, L.Zidanın Madrid təmsilçisi ilə müqaviləsi 2020-ci ilin yayında başa çatır. "Real"ın onunla müqavilənin müddətini artıracağı gözlənilir.