Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2019 11:52
"Fiorentina"nın futbolçusu Federiko Kyeza 2016-cı ildə Avropa Liqasında qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la oyunu xatırlayıb.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, həmin vaxt 18 yaşı olan və peşəkar karyerasının ilk qolunu məhz Ağdam klubuna vuran italiyalı hücumçu bildirib:
"İlk qolumu Bakıda "Qarabağ"la matçda vurdum və qoldan bir neçə dəqiqə sonra isə meydandan qovuldum. Meydandan çıxanda baş məşqçimiz mənə dedi ki, futbol ürəklə olduğu qədər ağılla da oynanılır. Bu məsləhət həmişə yaddaşımda qalacaq".
Qeyd edək ki, Kyeza "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri matçın 76-cı dəqiqəsində komandasının qələbə qolunu vurub. Amma o, 84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub.