Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ipoteka kreditlərinin həcmi artıb

Azərbaycanda ipoteka kreditlərinin həcmi artıb

Tarix: 2 Dekabr 2020 12:04

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın bank sektorunda kredit portfeli 14,41 milyard manat təşkil edib.

Sonxeber.net bu barədə Mərkəzi Bankın maliyyə hesabatına istinadən məlumat verir.

İlin əvvəlində bank sektorunun məcmu kredit portfelinin həcmi 3,3 faiz və ya 491,6 milyon manat azalıb.

Hesabata əsasən, Azərbaycan banklarının kredit portfeli strukturunun böyük hissəsi biznes kreditlərin payına düşüb. Bu kreditlərin həcmi ilin əvvəlindən 3,9 faiz (351,8 milyon manat) azalaraq 8,68 milyard manata bərabər olub.

İstehlak kreditləri bank sektorunda kreditlərin 26 faizini əhatə edib. Onların həcmi ilin əvvəlindən 8,1 faiz (328,6 milyon manat) azalıb və 3,75 milyard manat təşkil edib.

İpoteka kreditləri isə ilin əvvəlindən 10,5 faiz (188,8 milyon manat) artaraq 1,98 milyard manat təşkil edib. Bank sektorunun kredit strukturunda ipoteka kreditlərinin payı 13,8 faizə bərabər olub.


Etiketlər:  Azərbaycanda ipoteka kreditlərinin həcmi artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ