Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2020 11:28
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 2-də 48,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 48,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 47,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,76 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 47,73 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,71 dollar/barel çoxdur.