Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2019 12:08
2010-13-cü illərdə “Bakı” klubunda (hazırda fəaliyyət göstərmir) çıxış etmiş İbrahim Karqbo futboldan ömürlük uzaqlaşdırılıb.
Qol.az-ın yaydığı xəbərə görə, bununla bağlı FİFA qəra qəbul edib.
Dünyanın ali futbol qurumunun yaydığı bəyanatda qeyd edilib ki, Syerra-Leone millisinin sabiq kapitanına danışılmış oyunlara iştirakına (konkret oyunlar açıqlanmayıb) görə bu ağır cəza tətbiq edilib. Karqbo futbolçu karyerasını başa vursa da, bu cəza onun bundan sonra istənilən futbol fəaliyyətini tamamilə qadağan edəcək.
Qeyd edək ki, “Bakı” klubunda çıxış etdiyi dövrdə də Karqbonun danışılmış oyunlarda iştirak etməsinə dair iddialar irəli sürülüb.
Qeyd edək ki, İ.Karqbo 2011-12 mövsümündə Azərbaycan kubokunun qalibi olub.