Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan qlobal çağrışlara həmişə töhfə verib''

''Azərbaycan qlobal çağrışlara həmişə töhfə verib''

Tarix: 4 Dekabr 2020 16:42

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarı olduğu BMT-nin COVİD-19-a həsr olunmuş xüsusi sessiyası bu gün öz işinə başlayıb. Sessiyanın Azərbaycanın təşəbbüsü ilə baş tutması və BMT-nin 155 ölkəsinin bu sessiyanın keçirilməsini dəstəklənməsi ölkəmizə olan beynəlxalq səviyyədə hörmətin və nüfuzun göstəricisidir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, sesiyanın keçirilməsinə etiraz edən yeganə ölkə Ermənistan olub: "Bu gün dünyanı narahat edən bir nömrəli məsələnin müzakirəsinə etirazını bildirən Ermənistan öz xainliyini nümayiş etdirməklə rəzil duruma düşüb. Azərbaycan qlobal çağrışlara həmişə töhfə verib və dünyanı narahat edən məslələrin həllində yaxından iştirak edib. Bu gün qlobal pandemiyaya qarşı mübarizədə də ÜST-lə sıx əməkdaşlıq edərək yardımlar etməklə bu təşəbbüsləri davam etdirir. BMT-nin COVİD-19-a həsr olunmuş Xüsusi Sessiyasında Prezident İlham Əliyevin Qoşulmama Hərakatının sədr kimi 5-ci yerdə 120 ölkənin adından çıxış etməsi hər bir azərbaycanlıya qürur verir.

Azərbaycan ərazicə və əhalinin sayına görə böyük ölkə olmasa da qlobal məslələri müzakirə edən 155 ölkənin iştirak etdiyi bu sesiyada 5-ci yerdə çıxış etməsi böyük tarixi hadisədir. Bununla yanaşı sessiyada 40-dan çox ölkənin Prezidenti və 40-dan çox ölkənin Baş naziri olmaqla 155 ölkənin iştirak etdiyi halda dünya liderlərinin çıxışlarının sıralanmasında Azərbaycanın 7 yerdə yer alması Prezident İlham Əliyevin şəxsi nüfuzunun göstəricisi hesab edirəm.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi etdiyi çıxışında bu təşkilata üzvü ölkələrin COVİD-19 la bağlı xüsusi online sesiyasının çağırıldığını və bu qlobal mübarizədə hərəkata üzv dövlətlər COVID-19 ilə mübarizə və koronavirusla bağlı Qoşulmama Hərəkatının üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsi qərarına gəldiyini və bu gün Ümumidünya Səhiyyə Təşkilatı bu hərəkata üzvü ölkələri ilə münasibətdə işçi qrupun yaratdığı məlumat bazasının əsas götürdüyünü qeyd etdi.

Həm də cənab Prezident İlham Əliyev Qlobal Pandemiyanın dünyada 1 milyondan insanın ölümünə səbəb olduğunu və 60 milyondan çox insanın yoluxaraq əziyyət çəkdiyini qeyd etməklə səhiyyə, ictimai, iqtisadi və maliyyə sahələrində çoxşaxəli fəsadlara yol açdığı bu böhran cəmiyyətlərə, iqtisadiyyata, qlobal ticarət və səyahətə böyük zərər yetirmiş və insanların yaşayışına sarsıdıcı təsir göstərdiyini qeyd edib.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədr olaraq COVİD-19 pandemiya ilə bağlı qlobal çağırışlarına uyğun bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulamışdır. BMT-nin Xüsusi Sesiyasının Prezident İlham Əliyevin təşəbbüsü ilə işə başalanması və etdiyi çıxışında dünyanı narahat edən məqamların qeyd etməsi Azərbaycanın dünya nizamının qurulmasına töhfə verən böyük bir ölkənin olduğunun göstəricisi hesab edirəm".


Etiketlər:  Azərbaycan qlobal çağrışlara həmişə töhfə verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ