Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Emilin komandasından Avroliqada qolsuz start

Emilin komandasından Avroliqada qolsuz start

Tarix: 10 Iyul 2019 22:56

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları davam edir.

Qol.az xəbər verir ki, bu gün daha bir görüş keçirilib. Milli komandamızın üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" Lüksemburqda "Jeness" klubunun qonağı  olub. Matç qolsuz bərabərliklə başa çatıb.

E.Balayev start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.


Qeyd edək ki, AL-də 1-ci mərhələyə dünən start verilib. Bu raundun digər oyunları sabah olacaq. Mübarizəyə bu mərhələdən başlayan təmsilçilərimiz "Neftçi" və "Səbail" də ilk matçlarını iyulun 11-də keçirəcəklər. "Ağ-qaralar" Moldovada "Sperantsa" ilə, "dənizçilər" isə Bakıda Rumıniyanın "Universitatya Krayova" klubu ilə üz-üzə gələcək. 


Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

10 iyul

19:55. "Jeness" (Lüksemburq) - "Tobol" (Qazaxıstan) - 0:0



9 iyul


19:55. “Sent Josefs” (Cəbəllütariq) - “Reyncers” (Şotlandiya) - 0:4

20:00. “Qzira” (Malta) – “Hayduk” (Split, Xorvatiya) - 0:2

21:30. MOİK (Sofiya, Bolqarıstan) – “Titoqrad” (Monteneqro) - 4:0

 


Etiketlər:  Emilin komandasından Avroliqada qolsuz start


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ