Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveçrədə pandemiya ilə bağlı yeni məhdudiyyətlər qüvvəyə minəcək - Dekabrın 9-da

İsveçrədə pandemiya ilə bağlı yeni məhdudiyyətlər qüvvəyə minəcək - Dekabrın 9-da

Tarix: 5 Dekabr 2020 14:02

Milad bayramı öncəsi ölkədəki epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün İsveçrə hökuməti dekabrın 9-dan etibarən yeni məhdudiyyətlər tətbiq edəcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həmin tarixdən etibarən ölkədəki bütün kafe və restoranlar icbari şəkildə bütün müştərilərin qeydiyyatını aparmalı olacaqlar. Bu yolla da mümkün yoluxma hallarında əhatə dairəsinin müəyyən edilməsi (contact tracing) asanlaşmalıdır. Fərdi yığıncaqlarda iştirakçı sayı maksimum on nəfərlə məhdudlaşır və hökumətin tövsiyəsində iki nəfərdən artıq ailə üzvlərinin bir araya gəlməsi məsləhət görülmür.

Dağ-xizək mərkəzlərinin bayram günlərində açıq olmasında israr edən İsveçrə hökuməti həmin dövrdə xizək mərkəzlərin səfər etmək istəyənlərin üzərinə yeni öhdəlik qoyub. Belə ki, 22-dekabr 6-yanvar aralığında xizək sürmək istəyənlər yerli kanton orqanlarından icazə almalı olacaqlar. Kanton hökuməti isə yerli epidemioloji vəziyyəti qiymətləndirərək icazələrin kvotasını müəyyən edəcək. Bu qayda qonşu dövlətlər İtaliya, Almaniya və Fransanın xizək mərkəzlərinin Yeni ildə bağlı qalması tələbinin rədd edilməsi deməkdir və hesab edilir ki, Milad və Yeni il tətillərində xizək mərkəzləri yalnız yerli turistlərə xidmət göstərəcək.

İsveçrə Federal Səhiyyə Agentliyinin məlumatına əsasən, pandemiya başlayandan indiyədək İsveçrə və Lixtenşteyndə 344 497 nəfərin koronavirusa yoluxduğu müəyyənləşib. Yoluxanlardan 4848 nəfər xəstəlik nəticəsində həyatını itirib.


Etiketlər:  İsveçrədə pandemiya ilə bağlı yeni məhdudiyyətlər qüvvəyə minəcək Dekabrın


RƏYLƏR