Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2020 08:04
Bakı. Trend:
ABŞ-ın yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinə gələn həftə ölkənin tənzimləyici qurumu tərəfindən icazə veriləcək və bundan sonra əhalinin vaksinasiyasına başlanılacaq.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Corciya ştatında tərəfdarlatı qarşısında çıxış edən ABŞ-ın hazırkı prezidenti Donald Tramp deyib.
D.Tramp bildirib: "Və onlar gələn həftə başlayacaqlar. Və biz vaksinasiyaya başlayacağıq".
ABŞ prezidenti qeyd edib ki, onun administrasiyasının səyləri sayəsində ölkədə vaksinin hazırlanması prosesi inanılmaz dərəcədə sürətli olub: "Başqa administrasiyaya bunun üçün 5 lazım olardı. Bizə bunu etmək üçün 7 ay lazım oldu".