Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2020 14:38
Belçikanın paytaxtı Brüsseldə irqçiliyə və polis zorakılığına qarşı etiraz aksiyası keçirilib.
"Qafqazinfo" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Avropa Komissiyasının binası qarşısında 150-yə yaxın insan toplaşıb və irqçilik əleyhinə şüarlar səsləndirib.
Aksiya iştirakçıları Belçika və Fransada polis özbaşınalığına, həmçinin yeni təhlükəsizlik haqqında qanuna etirazlarını bildiriblər. Etirazçılar Fransa Prezidenti Emmanuel Makronun istefasını tələb ediblər.
Polis aksiya ilə bağlı gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirib.