Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2020 15:04
Bakı. Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 294 nəfər koronavirusdan (COVID 19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 50 310 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 11 561 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 040 547 nəfərə çatıb. Virus daşıyıcılarından 5 809 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 730 798 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 6,38 milyondan çox diaqnoz testi həyata keçirilib.
Nazirlik rəsmisi İranda 64 rayonun qırmızı, 278 rayonun narıncı və 106 rayonun sarı zona olduğunu deyib.