Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 13:08
Bakı. Trend:
COVİD-19 virusunun daşıyıcısı olan ata və oğul karantin qaydalarını kobud şəkildə pozaraq yaşadıqları ünvanı tərk ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstələri, rayonun Hacıhüseynli kənd sakinləri Kamal Abdurahmanov və oğlu Seymur Abdurahmanov saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan ata və oğul karantin qaydalarını kobud şəkildə pozaraq yaşadıqları ünvanı tərk ediblər. Onların yaşadıqları evi tərk edərək aptekə getməsi isə kameralar tərəfindən lentə alınıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə K.Abdurahmanov və S.Abdurahmanov yaşadıqları evə qaytarılıblar.
Hər iki şəxs barəsində Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsinə uyğun olaraq araşdırmalar aparılır.