Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meyvezer xüsusi döyüş üçün qayıdır

Meyvezer xüsusi döyüş üçün qayıdır

Tarix: 7 Dekabr 2020 15:14

Peşəkar boksun əfsanəsi Floyd Meyvezer rinqə qayıtmaq qərarına gəlib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 43 yaşlı məğlubiyyətsiz dünya çempionu xüsusi döyüşə çıxacaq.

Amerikalı döyüşçü yutuber Loqan Polla qarşılaşacağını açıqlayıb. Meyvezer yutubda 22 milyondan çox izləyicisi olan 25 yaşlı Polla sosial mediada bir müddətdir qarşılıqlı ittihamlar səsləndirirlər. Onlar arasında görüş 2021-ci ilin fevralında baş tutacaq.

Qeyd edək ki, Loqan Polun qardaşı Cek Pol ötən həftə NBA basketbolçusu Nate Robinsonla rinqdə qarşılaşıb və rəqibini məğlub edib.

Milli.Az


Etiketlər:  Meyvezer xüsusi döyüş üçün qayıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ