Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 03:12
Bakı. Trend:
Ruməniyanın baş naziri Ludovik Orban istefaya gedəcəyini bəyan edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, baş naziri bu qərarı rəhbərlik etdiyi Milli Liberal Partiyanın parlament seçkilərində məğlubiyyətindən sonra qəbul edib.
L.Orban bildirib: "Mən bu gün istefa vermək qərarına gəldim".
Qeyd edək ki, Ruməniyada parlament seçkiləri dekabrın 6-sı keçirilib. İlkin məlumata əsasən, parlament seçkilərində 30,5 faiz səs toplayan Sosial Demokrat Partiyası liderlik edir, Ludovik Orbanın rəhbərlik etdiyi Milli Liberal Partiya isə seçkilərdə 29 faiz səs toplayıb.