Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlar açıqlanıb

Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlar açıqlanıb

Tarix: 8 Dekabr 2020 07:40

Bakı. Ləman Zeynalova - Trend:

2020-ci ilin dördüncü rübündə Azərbaycanda 587 min barel/sutka həcmində xam neft hasilatı gözlənilir.

Trend bu barədə ABŞ-ın "JPMorgan" bankının hesabatına istinadən məlumat verir.

Üçüncü rübdə bu göstərici 574 min barelə bərabər olmuşdu.

Hesabatda qeyd olunur ki, Azərbaycanda 2020-ci ilin yanvarında 678 min, fevralda 667 min, martda 684 min, apreldə 680 min, mayda 557 min, iyunda 554 min, iyulda 554 min, avqustda 584 min, sentyabrda 585 min, oktyabrda 587 min, noyabrda 586 min, dekabrda isə 588 min barel/sutka neft hasil edilib.

Bankın proqnozuna əsasən, 2020-ci ilin yekunlarına görə ölkədə neft hasilatı 608 min barelə bərabər olacaq. 2021-ci ildə bu göstərici 643 min, 2022-ci ildə 635 min barel/sutka həcmində proqnozlaşdırılır.


Etiketlər:  Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlar açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ