Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 13:22
Bakı. İlhamə İsabalayeva - Trend:
Şuşanın kəndlərinə yaralanmamışdan 5-10 dəqiqə əvvəl daxil olmuşduq.
Trend-in məlumatına görə, bunu II Qarabağ müharibəsi qazisi Nəcməddin Mehdiyev deyib.
Onun sözlərinə görə, yaralandıqları zaman artıq Şuşanın 3-4 kəndini keçiblər. Həmin zaman hərbçi yoldaşı ilə xatirə şəkilləri çəkməyə başlayıblar:
"Siyəzən rayonundan olan Cəbiyev Qardaşağa ilə birlikdə şəkillər, video çəkdik ki, xatirə qalsın. Sonra çəkdiyimiz şəkillərə baxdıqda Qardaşağa telefonda özünün çəkdiyi selfi şəkli göstərərək dedi ki, bax, necə də şəhid şəklinə oxşayır. Beş dəqiqə keçmədi ki, yanımızda minaatan partladı. Ayağa duranda gördüm ki, Qardaşağa nəfəs almır, şəhid oldu".
Şəhid yoldaşları haqqında danışan N.Mehdiyev onların qanlarının yerdə qalmadığını söyləyib.