Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 15:16
Bakı. Elçin Mehdiyev – Trend:
Vətəndaşların qaydalara riayət etməyə çağırırıq. Elə insanıar var ki, koronavirus xəstəsi olduğunu bilərək sərbəst şəkildə küçədə gəzir və virusu yayır.
Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Haclyev deyib.
H.Hacıyev bildirib ki, həmin insanlar virusu yüngül keçirə bilərlər, lakin onların yoluxdurduğu insanlar ağır keçirə və hətta həyatını itirə bilər.
H.Hacıyev qeyd edib ki, koronavirus xəstəsi olub evi tərk edən insanlarla bağlı 266 cinayət işi açılıb: "Bu cür cinayətə görə 3 ilə qədər həbs cəzası tətbiq edilə bilər.
H.Hacıyev vurğulayıb ki, bu gün xəstəxanalarda 900-dən artıq hərbçimiz müalicə alır: “Onların da düzgün müalicə alması və sağlamlığının qorunması üçün qaydalara riayət etməliyik”.