Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 17:22
Təhsil Nazirliyi hazırda hərbi xidmətdə olan və müəllimlərin işə qəbulu üzrə onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslərə müraciət edib.
Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, hərbi xidmətdə olduğu üçün hazırkı müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti dəfə keçiriləcək müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılacaqdır.