Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində süni ətin satışına başlanılıb - VİDEO

Çində süni ətin satışına başlanılıb - VİDEO

Tarix: 8 Dekabr 2020 18:12

Çinin Quancou şəhərindəki marketlərdə bitki əsaslı süni ətin satışına başlanılıb. Əsasən soya və noxud paxlasından, buğdadan alınan zülalardan hazırlanan süni ət görünüşcə təbii ətdən elə də fərqlənmir. Alıcıların bəziləri bitki əsaslı olduğu üçün bu tip ətə maraq göstərir, amma böyük bir qismi isə hələ gözləmə mövqeyində qalmağa üstünlük verir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, marketlərlə yanaşı elektron ticarət platformalarında da süni ət və ondan hazırlanan yarımfabrikatlar satılır.

Bir qrup mütəxəssis süni ətin sağlamlıq üçün, xüsusən piylənmə və hiperlipidemiya (qanda piylərin artması) xəstəliklərindən əziyyət çəkənlər üçün daha faydalı olduğunu bildirirlər. Çünki süni ətdə yağın miqdarı xeyli az olur. Bununla yanaşı, bitki əsaslı ətə qoyun və ya mal əti dadını vermək üçün ədviyyatlar əlavə edilməldiir ki, bu da öz növbəsində başqa problemlərə səbəb ola bilər.

Digər qrup mütəxəssis isə süni ətin mədə-bağırsaq sistemində, digər daxili orqanlarda xəstəlik yarada, narahatlıq verə biləcəyini düşünür. Onlar süni ətin qida dəyərinə görə təbii ət ilə müqayisəolunmaz olduğunu bildirirlər.


Etiketlər:  Çində süni ətin satışına başlanılıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ