Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 12:16
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 8-də 49,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 48,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 47,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,16 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 48,69 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,14 dollar/barel azdır.