Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ xüsusi nümayəndəsinə açıq məktub: Erməni antisemitizminə müqavimət göstərmək vaxtı çatıb

ABŞ xüsusi nümayəndəsinə açıq məktub: Erməni antisemitizminə müqavimət göstərmək vaxtı çatıb

Tarix: 10 Iyul 2019 19:57

Bakı. Ləman Zeynalova - Trend:

İran əsilli amerikalı jurnalist Adel Nəzərian ABŞ-ın antisemitizmlə mübarizə və monitorinq üzrə xüsusi nümayəndəsi Elan Karra açıq məktub ünvanlayıb.

Məktubda qeyd olunur ki, tədqiqatlara əsasən 2018-ci il ərzində antisemitizm zəminində yəhudilərə qarşı zorakılıq aktları bütün dünyada 13 faiz artıb:

“Sizin antisemitizmlə mübarizə ilə bağlı dediyiniz fikirləri rəhbər tutaraq mən diqqətinizi yəhudilərə qarşı nifrətin digər formasına yönəltmək istəyirəm”.

Müəllif vurğulayıb ki, Ermənistanda erməni kilsəsinin 60 tələbəsinin yəhudilərə hücumu fonunda erməni antisemitizmi barədə həqiqətləri demək vaxtıdır:

“Bilirsinizmi ki, 100 ölkədə keçirilmiş antisemitizm tədqiqatlarına əsasən Ermənistan bu indeks üzrə 3-cü yerdə qərarlaşıb. Bundan başqa, daha bir hesabatda qeyd olunur ki, ermənilərin 32 faizi Ermənistanda yaşayan yəhudiləri ölkə vətəndaşı kimi görmürlər. Artıq daha bir pərdəni qaldırmaq və erməni antisemitizmi məsələsini sizin gündəminizə əlavə etmək vaxtıdır”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ xüsusi nümayəndəsinə açıq məktub Erməni antisemitizminə müqavimət göstərmək vaxtı çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ