Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalib gəlsəm, Messi qalacaq'' - ''Barselona''da prezidentliyə namizəd

''Qalib gəlsəm, Messi qalacaq'' - ''Barselona''da prezidentliyə namizəd

Tarix: 10 Dekabr 2020 18:02

"Barselona" prezidentliyinə namizəd Jordi Farre Kataloniya təmsilçisinin kapitanı Lionel Messinin komandadakı gələcəyindən danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, bununla bağlı "Onda Cero"ya  açıqlamasında deyib:

"Messi ilə ailəsinin "Barselona"da qalmaq istədiklərini bilirəm. Bunun üzərində işləyəcəyik. Seçkilərdə qalib gəlsəm, Messi klubla müqaviləsini uzadacaq. Bu, avtomatik olaraq 25 yanvarda baş verəcək".

Qeyd edək ki, Messi  ötən yay "Barselona"nı tərk etmək istəyib. Argentinalı hücumçunun klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Milli.Az


Etiketlər:  Qalib gəlsəm Messi qalacaq Barselonada prezidentliyə namizəd


RƏYLƏR