Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların adları açıqlanıb

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların adları açıqlanıb

Tarix: 10 Dekabr 2020 18:20

Bakı. Elçin Mehdiyev – Trend:

Ötən ay ərzində Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.

Trend-in məlumatına görə, cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, toyuq ətinin, pasterizə olunmamış üzlü südün, yoqurtun, xamanın, kəsmiyin, brınza pendirinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, üzümün, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, çuğundurun, göy lobyanın, soğanın, sarımsağın, şəkər tozunun qiymətində baş verib.

Ucuzlaşma isə əsasən mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, şabalıdın, kələmin, balqabağın, yerkökünün qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Etiketlər:  Azərbaycanda bahalaşan ucuzlaşan məhsulların adları açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ