Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2020 18:50
Ermənistanda ümumi səfərbərlik qismən səfərbərliklə əvəz olunub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bununla bağlı Ermənistan hökuməti bu gün keçirilən iclasda qərar qəbul edib.
Qərar 25 dekabradək mərhələli şəkildə silahlı qüvvələrdə və digər müvafiq dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların qismən tərxis edilməsini və hərbi nəqliyyat öhdəliyinə əsasən qurumlardan götürülən nəqliyyat vasitələrinin geri qaytarılmasını nəzərdə tutur.
Xatırladaq ki, Ermənistanda sentyabrın 27-də ümumi səfərbərlik elan olunub.