Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2019 21:24
Bakı. Trend:
Suriya məsələsi üzrə Rusiya, Türkiyə və İranın zirvə toplantısı Nur-Sultanda görüşdən sonra baş tutacaq.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
M.Boqdanovun sözlərinə görə, avqustun əvvəlində Nur-Sultanda Astana formatında keçirilən Suriya məsələsi üzrə on ikinci beynəlxalq görüş olacaq:
"Burada müəyyən yenilik var, çünki Liviya və İraq təmsilçiləri ilk dəfə müşahidəçilər kimi iştirak edəcəklər".
Rusiyanın xarici işlər nazirinin müavini deyib ki, Suriya məsələsi üzrə Rusiya, Türkiyə və İranın zirvə toplantısı "əlbəttə, (Nur-Sultan görüşündən) sonra baş tutacaq".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin