Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da koronavirusa qarşı peyvəndləşmənin ilk mərhələ planı hazırladı

ABŞ-da koronavirusa qarşı peyvəndləşmənin ilk mərhələ planı hazırladı

Tarix: 13 Dekabr 2020 08:48

Bakı. Trend:

ABŞ səlahiyyətliləri əhalinin COVID-19 virusuna qarşı peyvəndləşmənin ilk mərhələsi üçün plan hazırlayıb və tətbiqinə dekabrın 14-ü başlayacaq.

Bildirilir ki, "Pfizer" və "BioNTech" firmalarının dərmanları bazar ertəsi günü 145 peyvənd mərkəzinə çatdırılacaq. Daha 425 mərkəz peyvəndi həftənin çərşənbə axşamı və 66-sı çərşənbə günü alacaq. Peyvəndlərin istehsalçıların tələb etdiyi çox aşağı temperaturda saxlama qaydalarına uyğun şərait yalnız bu mərkəzlərdə mövcuddur.

Daha əvvəl Qida və dərmanların keyfiyyətinə nəzarət idarəsi İdarəsi (FDA) Pfizer və BioNTech istehsalı olan peyvəndlərin istifadəsinə icazə verdi. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) də icazəni təsdiqlədi.


Etiketlər:  ABŞ koronavirusa qarşı peyvəndləşmənin mərhələ planı hazırladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ