Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2020 15:30
Bakı. Trend:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 451 yeni yoluxma faktı qeydə alınıb, 4 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 175 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 111 918 nəfər müalicə olunaraq sağalıb, 1 922 nəfər vəfat edib, aktiv xəstə sayı 62 034 nəfərdir.