Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 16:12
Fitnes məşqçisi Kamil Zeynallı yenidən həbs edilib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, o Göygöl rayonu ərazisində polislər tərəfindən saxlanılıb.
O, işğaldan azad edilmiş əraziyə səfər etmək istəyib. Polislərin qanuni tələblərinə məhəl qoymayan K.Zeynallı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Məşqçinin barəsində toplanan materiallar Göygöl rayon məhkəməsinə göndərilib.
Bundan əvvəl, K.Zeynallı karantin qaydalarını pozduğuna, eləcə də ictimai asayişi pozduğuna görə bir neçə dəfə saxlanılıb.