Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycana oktyabrda 135 tondan çox dezinfeksiyaedici vasitə idxal edilib

Azərbaycana oktyabrda 135 tondan çox dezinfeksiyaedici vasitə idxal edilib

Tarix: 14 Dekabr 2020 19:56

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 4,874 mln. ABŞ dolları dəyərində 1 526,73 ton dezinfeksiyaedici vasitələr idxal edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkəyə ən çox dezinfeksiyaedici vasitələr Türkiyə, Böyük Britaniyada və Almaniyadan idxal olunub.

Hesabat dövründə, Türkiyədən ölkəyə 2,21 mln. dollar dəyərində 741,75 ton, Böyük Britaniya 1,08 mln. dollar dəyərində 321,81 ton Almaniya isə 471,24 min dollar dəyərində 122,11 ton dezinfeksiyaedici vasitələr idxal edilib.

Qeyd edək ki, təkcə oktyabr ayında ölkəyə 433,71 min dollar dəyərində 135,64 ton dezinfeksiyaedici vasitələr gətirilib.

Milli.Az


Etiketlər:  Azərbaycana oktyabrda 135 tondan çox dezinfeksiyaedici vasitə idxal edilib


RƏYLƏR