Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 11:34
Nigeriyada 300-dən çox məktəblini "Boko Haram" terror təşkilatı girov götürüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə ilə bağlı məsuliyyəti "Boko Haram" öz üzərinə götürüb.
"Katsinadakı qaçırma əməliyyatının arxasında mənim qardaşlarım dayanır", - terrorçuların lideri Abubakar Şekauyamın yaydığı səsli mesajda bildirilib.
Qeyd edək ki, dekabrın 11-də Nigeriyanın şimal-qərbində yerləşən Kankara regionundakı məktəbə hücum edən silahlılarla hökumətin təhlükəsizlik qüvvələri arasında atışmadan sonra 300-dən çox məktəbli yoxa çıxıb.
Xatırladaq ki, "Boko Haram" terror qruplaşması 2014-cü ildə Çibok regionunda da məktəbə hücum edərək yüzlərlə məktəblini girov götürüb.