Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 12:52
Hücumçu Qaret Beyl "Tottenhem"lə icarə müqaviləsi başa çatdıqdan sonra müqavilə ilə məxsus olduğu "Real"a qayıtmaq istəyir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Eyni zamanda, 31 yaşlı futbolçunun Madrid klunun baş məşqçisi Zinəddin Zidanla çətin münasibətlərini davam etdiyi bildirilib.
Qeyd edək ki, Beyl İngiltərə təmsilçisinə icarəyə verildikdən sonra Premyer Liqa və Avroliqada ümumilikdə 9 oyuna çıxıb, 2 qol vurub. Onun "Tottenhem"lə icarə müqaviləsi bu mövsümün sonu başa çatır.