Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 17:50
Türkiyə xüsusi təyinatlı qüvvələri Suriyada "Fərat qalxanı" əməliyyat zonasına daxil olmağa çalışan 4 PKK terrorçusunu zərərsizləşdirib.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bu barədə çərşənbə axşamı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Bölgədə sülhü və təhlükəsizliyi pozmağa çalışan terrorçular Türkiyə xüsusi təyinatlılarının uğurlu əməliyyatı zamanı məhv edildi", - nazirlikdən bildirilib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terrorçularının ilk dəfə qanlı cinayət törətdikləri 1984-cü ildən başlayaraq 2020-ci ilin martına qədər 7500 türk təhlükəsizlik əməkdaşının və 6800 mülki şəxsin bu təşkilatın qurbanı olduğunu deyib. ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına salıb.