Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real''ın yeni transferinin halı pisləşdi, konfrans yarımçıq qaldı

''Real''ın yeni transferinin halı pisləşdi, konfrans yarımçıq qaldı

Tarix: 11 Iyul 2019 15:28

Bakı. Trend:

"Real"ın yeni transferi Eder Militaonun mətbuat konfransı yarımçıq dayandırılıb.

Trend-in məlumatına görə, buna braziliyalı müdafiəçinin özünü pis hiss etməsi səbəb olub.

Madriddə tibbi müayinədən keçən 21 yaşlı futbolçu müqavilə imzaladıqdan sonra "Santyaqo Bernabeu" stadionunda azarkeşlərə təqdim edilib. Sonra jurnalistlərin qarşısına çıxan Militao qəfil özünü pis hiss edib. Başı gicəllənən futbolçu mətbuat konfransını yarımçıq saxlayıb və zalı tərk edib.

Qeyd edək ki, "Real" Militaonu 50 milyon avro ödəməklə "Portu"dan alıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Realın yeni transferinin halı pisləşdi konfrans yarımçıq qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ