Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aktyorun maddi sıxıntısı var: ''Çarə tapmıram''

Aktyorun maddi sıxıntısı var: ''Çarə tapmıram''

Tarix: 16 Dekabr 2020 18:55

"Səhhətimdə problem var. Əlim əsir. Sinirlə bağlı problemdir. Ona görə də işləmirəm. Bir neçə yerə müraciət etmişəm. Söz veriblər. Yəqin kömək edərlər".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Allahverdi Yolçuyov "Elgizlə izlə" proqramında deyib. Sənətçi beş ildir çalışmadığını, maddi sıxıntıları olduğunu söyləyib:

"Ancaq həkimlərdəyəm. Klinikalar təmənnasız müayinə edirlər. Artıq çıxış yolu tapa bilmirəm. Nəsə bilsəm edərəm. Ailəmə bağlı adamam, onları düşünürəm.

İndi kürəkənim kömək edir, amma onun da 3 uşağı var. Dostlarım da yardım edir. 20-ildən çox teatrda çalışmışam. Əvvəl dublyaj var idi, gəlir olurdu. İndi o da yoxdur".


Etiketlər:  Aktyorun maddi sıxıntısı Çarə tapmıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ