Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Milanda son 500 ilin ən güclü zəlzələsi olub

Milanda son 500 ilin ən güclü zəlzələsi olub

Tarix: 18 Dekabr 2020 09:20

İtaliyanın Milan şəhərində son 500 ilin ən güclü zəlzələsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

Yerli vaxtla saat 16.59-da 3.9 bal gücündə baş verən zəlzələnin episentri Milandan 6 km qərbdə, 56 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar İtaliyanın "şimal paytaxtı"nın müxtəlif ərazilərində və eləcə də şəhər ətrafında hiss olunub.

Şəhər sakinlərindən xəsarət alan, eləcə də itki və dağıntının olmadığı bildirilib. Təbiət hadisəsi yalnız "Trenord" dəmir yolu idarəsinin bir neçə qatarının gecikməsi ilə müşahidə edilib.

Qeyd edək ki, bu yeraltı təkanlar 500 il əvvəl bölgədə qeydə alınan zəlzələ ilə müqayisə edilə bilər.

Xatırladaq ki, Milanda ən güclü zəlzələ 1396-cı il noyabrın 26-da 5 bal gücündə olub.

Milli.Az


Etiketlər:  Milanda son 500 ilin ən güclü zəlzələsi olub


RƏYLƏR