Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 11:00
Bakı. Trend:
2020-ci ilin 15 dekabr tarixində “InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının təşəbbüsü ilə “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının yaradılmasına həsr edilmiş videokonfrans keçirilib.
Mingəçevir Dövlət Universitetindən(MDU)Trend-ə verilən məlumata görə,Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, təhsil nazirinin müavini Firudin Qurbanov və Avropa Birliyinin Azərbaycan nümayəndə heyətinin rəhbəri Kestutis Jankauskasın açılış nitqlərindən sonra konfransda “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının (Milli Koalisiya) yaradılması, prinsipləri, məqsədləri və perspektivləri mövzusunda təqdimat edilib.
MDU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının əsasının qoyulduğu videokonfransda Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşları da təmsil olunub.
Qeyd edək ki, “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması rəqəmli bacarıqlar istiqamətində fəaliyyət göstərən bütün maraqlı qurumlar və təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, görülən işlərin əlaqələndirilməsi və eyni zamanda, rəqəmli bacarıqlar üzrə dövlət – özəl tərəfdaşlığının inkişafı məqsədilə yaradılır. Pedaqoji və inzibati-idarəetmə heyətinin İKT savadlılığının, rəqəmli bacarıqlarının artırılmasına xüsusi diqqət yetirən MDU sözügedən platformada faydalı tərəfdaşlığa böyük maraq göstərir.