Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 11:40
İsmayıl İbrahimov Vətən müharibəsinin iştirakçılarından biridir. O, Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaxından iştirak edib.
"Azərbaycan Milli Ordusu müharibənin lap əvvəlindən çox uğurlu döyüşlər aparırdı. Füzuli rayonunun Kürdlər və Qarğabazar kəndləri arasındakı ərazidə mövqe tutmuş erməni hərbi birləşmələrinə qarşı çox ağır döyüşlər gedirdi. Həmin döyüşlərin birində yaxınlıqda partlayan top mərmisinin qəlpələri məndən də yan ötüşmədi. Dəhşətli ağrıdan hər şeyi unutmuşdum, gözlərimi açanda başımın üstündə ağxalatlı tibb işçilərini gördüm. Onlar ayağımda çoxlu qəlpələr aşkar edib onları çıxarmaqla məşğul idilər. Yaranın şiddəti o qədər güclü idi ki, həkimlər ayağımda dəriköçürmə əməliyyatı aparılmasının zəruri olduğunu dedilər. Həmin əməliyyat da uğurla keçdi. Şükürlər olsun ki, indi vəziyyətim yaxşıdır. Demək olar ki, hər şey arxada qalıb. Ancaq qolumda sinir zədələnmələri də var. Həkimlərin söylədiyinə görə, o da sağalacaq və altı aydan sonra tam sağlam şəkildə ayağa qalxacağam?" - deyə Qarabağ qazisi İ.İbrahimov AZƏRTAC-ın müxbirinə söyləyib.
Qeyd edək ki, ona sol baldır sümüyünün üçdə bir hissəsinin defekti, bazu sümüyün zədələnməsi və radial sinirin zədələnməsi diaqnozu qoyulub.