Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağda yeni yollar çəkiləcək

Qarabağda yeni yollar çəkiləcək

Tarix: 18 Dekabr 2020 12:54

Göygöl rayonundan Kəlbəcər rayonuna yeni yol çəkiləcək.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Baş idarə rəisi Hidayət Rüstəmov deyib.

"Bu yolun Murovdağdan keçməklə, Göygölün Toğanalı kəndindən Kəlbəcər şəhərinə, oradan isə İstisuya qədər - 102 km olmasını nəzərdə tuturuq. Yol 3 zolaqdan ibarət olacaq ki, dağlıq ərazilərdə yük maşınları minik maşınlarına mane olmasın. Hazırda həmin yolun layihəsi hazırlanır", - deyə o, qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, Kəlbəcər rayonundan Laçın rayonuna da dairəvi yolun tikintisi planlaşdırılır.

"Həmçinin Qubadlı-Laçın avtomobil yolunun tikintisi, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı avtomobil yolunun isə yenidən magistral yol kimi çəkilməsi nəzərdə tutulur", - deyə H.Rüstəmov əlavə edib.

Milli.Az


Etiketlər:  Qarabağda yeni yollar çəkiləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ