Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 13:00
Bakı. Trend:
Hostimul şirkətinin elan etdiyi “Təcrübə proqramı - 2020” uğurla başa çatıb. Front-end developer, Back-end developer, Uİ/UX dizayner, Qrafik dizayner, Video montajçı, SEO menecer və SMM menecer vakansiyaları üzrə seçilmiş 8 gəncə proqramı uğurla tamamladıqları üçün sertifikatlar təqdim olunub. Bu proqram çərçivəsində gənclər 3 ay ərzində şirkətdə işləmək və seçdikləri sahə üzrə təcrübə və praktiki biliklər qazanmaq şansı əldə ediblər.
Qeyd edək ki, “Təcrübə proqramı - 2020” layihəsində iştirak edən, öz bacarıqları ilə fərqlənən 2 iştirakçı şirkətdə işlə təmin olunub. Beləliklə, bu proqram təcrübə əldə etməklə yanaşı gənclərin gələcək karyera inkişafına da yardımçı olur.
Koorporativ sosial məsuliyyət anlayışını iş prinsiplərinin önündə tutan Hostimul şirkəti daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində, əmək bazarında öz yerlərini tapmaqda yardımçı olur.