Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 15:56
Türkiyənin "Fənərbağça" klubu heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, İstanbul təmsilçisi İngiltərə "Çelsi"sinin sabiq futbolçusu Ramiresin transferində maraqlıdır.
Son klubu Braziliya "Palmeyras"ı olan 33 yaşlı mərkəz yarımmüdafiəçisi ötən ay komandasından ayrılıb. Həmin vaxtdan azad agent statusuna malik olan Ramires bir müddət əvvəl digər Türkiyə təmsilçisinin maraq dairəsinə düşmüşdü. "Trabzonspor"un keçidini reallaşdıra bilmədiyi cənubi amerikalının "Fənərbaxça"yla anlaşması daha real hesab olunur.
Qeyd edək ki, 2010-16-cl illərdə "Çelsi"nin şərəfini qoruyan Ramires sonradan Çinə yollanıb, ötən il isə vətəninə qayıdıb.