Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çavuşoğludan Ukrayna ilə bağlı AÇIQLAMA

Çavuşoğludan Ukrayna ilə bağlı AÇIQLAMA

Tarix: 18 Dekabr 2020 17:34

Ukraynada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar Ukraynanın Baş naziri Denis Şmıqal ilə görüşüblər.

Sonxeber.net unikal.org-a istinadən bildirir ki, görüşdə M. Cavuşoğlu deyib ki, Türkiyə Ukrayna ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır.

Görüş çərçivəsində hər iki ölkəyə məxsus şirkətlərin qarşılıqlı dəstək təminatının gücləndirilməsi məsələsinə toxunan Türkiyə XİN başçısı FETÖ terror təşkilatı ilə mübarizədə Ukraynadan dəstək gözlədiklərini vurğulayıb.

O qeyd edib ki, Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi davam edəcək.

Baş nazir D. Şmıqal Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib. O qeyd edib ki, Türkiyənin Krım və Donbassla bağlı mövqeyi təqdirəlayiqdir.


Etiketlər:  Çavuşoğludan Ukrayna ilə bağlı AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ