Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 18:20
Əvvəllər Azərbaycan SSR-in tərkibində olan Spitakaşen kəndi birbaşa sərhədin digər tərəfində qalıb. Hazırda ekskavator ərazidə sərhəd xətt çəkir.
Sonxeber.net Qazet.az-a istinadən bildirir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.
Məlumatda bildirilir ki, ermənilər Spitakaşen kəndində bir neçə evi yandırıblar. Sovet dövründə kənd Ağkənd adlanırdı və Ermənistan SSR ilə sərhəddə, Azərbaycan SSR-in Zəngilan bölgəsinin bir hissəsi idi. İndi isə Azərbaycanın nəzarətinə keçir.
Kənd Qafan hava limanından bir neçə yüz metr və Kapan şəhərindən təxminən 2 km məsafədədir.
Hazırda ərazidə bir ekskavator Sovet dövründə müəyyən edilmiş sərhədi işarələyir və Qafandan Zəngilana gedən yolu bağlayır.