Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın ən varlı 50 ailəsi açıqlandı

ABŞ-ın ən varlı 50 ailəsi açıqlandı

Tarix: 18 Dekabr 2020 21:00

ABŞ-ın ən varlı 50 ailəsinin siyahısı tərtib edilib.

Milli.Az bildirir ki, bu barədə "Forbes" məlumat yayıb.

Reytinqə daxil olan ailələrin sərvətləri ümumilikdə 1.2 trilyon dollar təşkil edib. Bu ailələr gəlirlərini 2015-ci illə müqayisədə 30 faiz artırıblar.

Reytinqə düşən ailələrdən ən az sərvəti olan ailənin sərvəti 7.3 milyard dollar təşkil edib.

Reytinqin ilk pilləsində sərvəti 247 milyard dollar olan Uoltonlar ailəsi qərarlaşıb. Onlar "Walmart" reteylerinin varisləridir. Şirkətin səhmlərinin yarısına sahib olan ailə üzvləri hər il bu səhmlərdən 700 milyon dollar dividend əldə edirlər.

İkinci pillədə 100 milyard sərvətlə Kox ailəsi qərarlaşıb. Onlar "Koch Industries" şirkətinin 84 faiz səhmlərinin sahibidir.

Üçüncü yerdə isə Mars ailəsidir. Onlar kapitalı 94 milyard dollar kimi göstərilən nəhəng qida məhsullarının istehsalı şirkətinə sahibdirlər. (ölkə.az)

Milli.Az


Etiketlər:  ABŞ varlı ailəsi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ