Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda ötən sutkada ərzində 6 312 nəfər koronavirisa yoluxub

İranda ötən sutkada ərzində 6 312 nəfər koronavirisa yoluxub

Tarix: 20 Dekabr 2020 14:52

Bakı. Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 177 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 53 625 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 312 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 158 384 nəfərə çatıb. Virus daşıyıcılarından 5 563 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 885 054 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 7,04 milyondan çox diaqnoz testi həyata keçirilib.

Nazirlik rəsmisi İranda 205 rayonun narıncı və 243 rayonun sarı zona olduğunu deyib.


Etiketlər:  İranda ötən sutkada ərzində nəfər koronavirisa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ