Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“T.T.Ş.-İnşaat” və “Alıbəyli Şirkəti” tikinti şirkətləri hər biri “YAŞAT” Fonduna 15 000 manat köçürüb

“T.T.Ş.-İnşaat”  və “Alıbəyli Şirkəti” tikinti şirkətləri hər biri “YAŞAT” Fonduna 15 000 manat köçürüb

Tarix: 21 Dekabr 2020 12:56

Bakı. Trend:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin sosial müdafiəsinə dəstək üçün yaradılan “YAŞAT” Fonduna vəsait köçürülməsi davam edir.

Azərbaycanda fəaliyyət göstərən və hər zaman xeyriyyə kampaniyalarına qoşulan “T.T.Ş.-İnşaat” MMC və “Alıbəyli Şirkəti” MMC tikinti şirkətləri bu dəfə də xeyriyyə tədbirlərini davam etdirib. Adıçəkilən şirkətlərin hər biri “YAŞAT” Fondunun hesabına yardım məqsədilə 15 000 manat məbləğində vəsait köçürüb.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il fərmanı ilə yaradılan “YAŞAT” Fondunun manat və xarici valyutalarda rekvizitləri açıqlanıb. Bir sıra iri holdinq və şirkətlər kimi “T.T.Ş.-İnşaat” MMC və “Alıbəyli Şirkəti” MMC tikinti şirkətləri də ümumilikdə, 30 000 manat vəsaiti qeyd olunan hesaba köçürüb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılan “YAŞAT” Fondunun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

“T.T.Ş.-İnşaat”  və “Alıbəyli Şirkəti” tikinti şirkətləri hər biri “YAŞAT” Fonduna 15 000 manat köçürüb - Gallery Image “T.T.Ş.-İnşaat”  və “Alıbəyli Şirkəti” tikinti şirkətləri hər biri “YAŞAT” Fonduna 15 000 manat köçürüb - Gallery Image


Etiketlər:  TTŞ İnşaat Alıbəyli Şirkəti tikinti şirkətləri hər biri YAŞAT Fonduna manat köçürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ