Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda yaşayış minimumunun məbləği artırılır

Azərbaycanda yaşayış minimumunun məbləği artırılır

Tarix: 21 Dekabr 2020 13:30

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda 2021-ci ildə yaşayış minimumunun məbləği məlum olub.

Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə dair izahatda qeyd edilib.

2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.


Etiketlər:  Azərbaycanda yaşayış minimumunun məbləği artırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ