Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FİFA-dan sərt qərar

FİFA-dan sərt qərar

Tarix: 12 Iyul 2019 14:48

FİFA irçiliklə bağlı cəzanı sərtləşdirib.

Qol.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bundan sonra oyunlar zamanı irqçi davranışa görə, 10 oyunluq cəza veriləcək.

“FİFA irqçi təhqirlərə məruz qalan heç kimi köməksiz qoymayacaq” – deyə qurumun yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, söhbət konkret olaraq şəxslərin dərisinin rənginə, etnik və milli mənsubiyyətinə, sosial qruplarına, seksual oriyentasiyasına, dininə və dilinə, sağlamlığına, siyasi baxışlarına və sair təhqirlərdən gedir.

Azarkeşlər irqçiliyə yol verərsə, bu halda onların klubları cəzalandırılacaq. İlk növbədə klub, yaxud milli assosiasiyanın stadionunun tribunasının bir qisminin qapadılması və 20 min İsveçrə frankı məbləğində cəza nəzərdə tutulur. Hakim ayrı-ayrı vaxtlarda irqçiliyə və diskriminasiyaya görə oyunu dayandırarsa, bu halda matç ləğv ediləcək.

 


Etiketlər:  FİFA sərt qərar


RƏYLƏR