Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sürücülər bu halda avtobus zolağından istifadə edə bilər - BNA

Sürücülər bu halda avtobus zolağından istifadə edə bilər - BNA

Tarix: 22 Dekabr 2020 15:51

Bakı. Ceyhun Ələkbərov - Trend:

Sürücülər sərnişinlərin minib düşməsi üçün avtobus zolağından istifadə edə bilər.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, sürücülər bunu o zaman edə bilər ki, həmin yerdə başqa qadağanedici nişan yoxdur.

"Əgər avtobus zolağı qırıq-qırıq nişanlanma xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa digər nəqliyyat vasitələri aşağıdakı hallarda həmin zolaqdan istifadə edə bilər:

Sağa dönərkən (müvafiq kənar vəziyyət tutmaq üçün);

Sağa döndükdən sonra döndüyü yolun sağ kənarına yaxın hərəkət etmək üçün (lakin döndükdən dərhal sonra zolağı tərk eləməlidir);

Başqa qadağalar yoxdursa sərnişinlərin minməsi və düşməsi üçün. Başqa məqsədlər üçün avtobus zolağında nəqliyyat vasitəsi hərəkətsiz vəziyyətə gətirilə bilməz".


Etiketlər:  Sürücülər halda avtobus zolağından istifadə edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ