Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple şirkəti AirPods Pro-nun sadələşdirilmiş versiyası üzərində çalışır

Apple şirkəti AirPods Pro-nun sadələşdirilmiş versiyası üzərində çalışır

Tarix: 22 Dekabr 2020 21:56

Ortaya çıxmış yeni məlumata əsasən Apple şirkəti yeni AirPods modeli üzərində çalışır. Bu barədə The Elec saytı xəbər verib. Məlumatda qeyd edilib ki, hazırlanan yeni AirPods modeli AirPods Pro-nun sadələşdirilmiş versiyası olacaq. Sadələşdirilmiş qulaqlıq vakuum konstruksiyaya sahib olacaq və dizayn baxımından bir qədər fərqlənəcək. Sadələşdirilmiş versiyanın AirPods Pro-dan əsas fərqi ondan ibarət olacaq ki, o, ətraf səs-küyün aktiv boğulması sistemini əldə etməyəcək. Məlumata əsasən hazırlanan yeni AirPods modeli artıq bu il keyfiyyət yoxlanışından keçməlidir. Gələn ilin əvvəlində isə şirkət onun irimiqyaslı istehsalına start verməlidir.

Sadələşdirilmiş AirPods modelinin gələn ilin ya birinci ya da ikinci rübündə satışa çıxacağı gözlənilir. Məlumata əsasən sadələşdirilmiş model adi AirPods Pro-dan 20% daha ucuz qiymətə satılacaq. Bundan əlavə olaraq The Elec qeyd edib ki, Apple şirkəti keçən il AirPods Pro-nun satışa çıxmasından sonra onun sadələşdirilmiş versiyasını təqdim etməyə hazırlaşırdı. Lakin Pro modelə olan böyük tələbat səbəbilə şirkət sadələşdirilmiş modeli bir qədər təxirə salmalı oldu. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə şirkət AirPods Max adlı böyük ölçülü professional qulaqlığı təqdim etmişdi.

Milli.Az


Etiketlər:  Apple şirkəti AirPods sadələşdirilmiş versiyası üzərində çalışır


RƏYLƏR